İyun 19, 2021 08:37 Asia/Baku
  • Səslərin sayılması davam edir

Cümə günü iyunun 18-də keçirilən seçkilərdə verilmiş səslərin sayılması davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasında səsvermənin başa çatmasından dərhal sonra səslərin sayılmasına başlanıb. Səsvermə bu gün iyunun 19-da səhər saat 2:00-dək davam edib. 

Daxili İşlər Nazirliyi ilkin nəticələrin günorta çağı elan ediləcəyini bildirir. Prezident seçkilərinə namizədlər isə öz tərəfdarlarına müraciət edərk rəsmi nəticə elan olunmadan şənlik keçirməməyi xahiş ediblər. 

18 iyun seçkilərinin möhtəşəm keçirilməsi barədə İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibab öz açıqlamasında bəyan edib ki, idarəçilikdən nə qədər gileylik olsa da, İran xalqı maksimum fəallıqla 18 iyunda növbəti dəfə tarix yazdı. 

Teqlər