İyun 19, 2021 10:04 Asia/Baku
  • “Kimin kifayət qədər səs topladığı məlumdur. Təbrik edirəm!”

İran İslam Respublikasının hökumət başçısı 18 iyun seçkilərində xalqın seçdiyi şəxsi təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, Həsən Ruhani 13-cü çağırış prezident seçkilərinin möhtəşəm keçirilməsinə münasibət bildirərək deyib: “Qanunvericiliyi nəzərə alaraq rəsmi təbrik mesajını təxirə salsam da, hansı namizədin kifayət qədər səs toplayaraq seçildiyi artıq məlumdur.”

Xalqın seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiyini deyən hökumət başçısı qeyd edib ki, İranın şərafətli və müdrik xalqı bu həssas tarixi dönəmdə İslam Respublikası ilə düşmənçilik edən qüvvələrin sözünə baxmadı və şövqlü bir gün yaşayaraq seçkilərdə abırlı çıxış edti.

 

Teqlər