Qərb cavabdeh olmalıdır
İran; kimyəvi silahların dünyada ən böyük qurbanı-TƏHLİL
İyunun 29-u Sərdəşt şəhərinin bioloji hücuma məruz qalmasının ildönümü İran İslam Respublikasında “Kimyəvi bə Bioloji Silahlara qarşı Milli Mübarizə Günü” adlandırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Sərdəşt müasir dövrdə mülki şəxslərə və yaşayış massivlərinə qarşı kimyəvi silah istifadəsinin bir simvoludur.
İraqın Bəəs rejimi 1987-ci il iyunun 29-da İranın şimal-qərbində yerləşən izdihamlı Sərdəşt şəhərini kimyəvi bombalarla hədəfə alaraq 119 mülki şəxsin şəhid oldmasına, 8 mindən çox vətəndaşın isə bioloji hücuma məruz qalmasına bais oldu. Sözü gedən dəhşətli cinayətin ildönümündə hər il İranda müxtəlif tədbirlər keçirilir və Qərb dövlətlərinin beynəlxalq konvensiyalarla qadağan olunmuş silahları o zaman niyə Səddam rejiminə vermələri barədə diskussiyalar təşkil olunur.
Xatırladaq ki, Müqəddəs Müdafiə illərində İraqın sabiq diktatoru Səddam İrana qarşı 570 dəfə kimyəvi bombadan istifadə etdi. Cəbhədə İran qoşunlarına və eyni zamanda şəhərlərə qarşı kimyəvi və bioloji silahlardan geniş istifadə olundu; beynəlxalq təşkilatlar isə yalnız seyrçi mövqe sərgilədilər. Və Bəəs rejiminin bu qeyri-insani əməllərinə göz yumudu.
Faktlara görə, müharibə illərində İranın qələbəsinin qarşısını almaq üçün Amerika İraq ordusuna kimyəvi silah istifadə etməsində əsas dəstək verən dövlət olmuşdur.
Amerikalı journalist Maykl Dabz (Michael Dobbs) İran-İraq müharibəsinin qızğın vaxtı Vaşinqton Post qəzetindəki məqaləsində yazdı: “Ronald Reyqan rəhbərliyi İraqa satılan materialların İrana qarşı müharibədə istifadə üçün kimyəvi silah istehsalında istifadə olunacağını yaxşı bilirdi. Reyqanın xarici siyasətində Səddam rejimini xilas etmək üçün hər şey zəruri və qanuni idi.”
İraq sənədlərinə görə isə, kimyəvi silahların inkişafına kömək ABŞ daxil olmaqla bir çox ölkədəki firmalardan alındı; Qərbi Almaniya, Hollandiya, Böyük Britaniya və Fransa bu ölkələrin arasındadır.
Digər bir hesabatda isə deyilir ki, Hollandiya, Almaniya, İtaliya və Fransa şirkətlər İraqın kimyəvi silah fabriklərinə xammal ixracında iştirak edirdi.
İraqın sabiq rejimi tərəfindən İran döyüşçülərinə və mülkilərə qarşı istifadə olunan silahlar kimyəvi tərkibi və zərər yaradan təsirlərinə görə təsnif edilmişdir. İraq ordusu 1984-cü ildə Məcnun adalarında tonlarla kükürd xardal və sinir agentləri istifadə edərək geniş kimyəvi hücumlara başladı və bu hücumlar müharibənin son gününə, 1988-ci ilin avqustuna qədər davam etdi.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi elan edilmiş 1991-ci il hesabatında İraq Bəəs rejiminin kimyəvi və bioloji silahlardan istifadə etməsi nəticəsində İranın 50 mindən çox şəhid verdiyini təxmin edilir. İranın Qazilər Təşkilatına görə isə, MKİ-nin hesablamasına sərhədyanı şəhərlərdə zəhərlənmiş mülki əhali və ya qan, ağciyər və dəri fəsadları inkişaf etmiş qazilərin uşaqları və qohumları daxil edilməyib. 2002-ci ildən etibarən xilas olan 80.000 nəfər qazidən 5.000-i xəstəxanada yatır və müntəzəm tibbi müalicə almağa məcburdur.
Qəribədir ki, belə bir acı nəticənin göz qabağında olduğu halda - İran xarici işlər nazirinin ifadə etdiyi kimi - ABŞ-ın yeni rəhbərliyi əvvəlki rəhbərliyin uğursuz siyasətindən əl çəkməyib və qanunsuz sanksiyaları davam etdirərək, kimyəvi müharibə qazilərinin dərman və tibbi təchizat əldə etməsinə mane olur. Rəsmi Tehran hesab edir ki, kütləvi qırğın silahlarının istifadəsi nəticəsində baş vermiş humanitar fəlakətin təkrarlanmasının qarşısını almaq üçün dünyada bioloji silahları yayan dövlətlər cavabdeh olmalıdırlar.