İyun 29, 2021 11:51 Asia/Baku
  • İsrail və Səudiyyə BMT-nin qara siyahısına salınmalı idi

İran İslam Respublikası sionist İsrailin və Səudiyyənin BMT-nin qara siyahısına salınmamasını kəskin tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, rəsmi Tehran İsrailin və Səudiyyə Ərəbistanı koalisiyasının müharibələrdə uşaqlara qarşı zorakılıqla bağlı BMT-nin tərtib etdiyi siyahıya əlavə edilməməsini kəskin qınayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxti-Rəvançi BMT-də uşaqlara qarşı zorakılıq mövzusunda təşkil edilən iclasdakı çıxışında son 12 günlük Qəzzə müharibəsində İsrail rejimi tərəfindən öldürülən 253 nəfərdən 66-nın uşaq olduğunu bildirib və İsrailin qara siyahıda yer almamasını kəskin qınayıb.

İran rəsmisi eyni zamanda Səudiyyə koalisiyasının aviazərbələrində Yəməndə indiyə qədər 3,500 uşağın həlak olduğuna və 4000 uşağın yaralanması və şikəst vəziyyətinə düşməsinə toxunaraq, BMT-nin görməzdən gəldiyini deyib.

Qeyd edək ki, BMT 2016-cı ildə Səudiyyə Ərəbistanı və onun rəhbərlik etdiyi hərbi koalisiyanı, müharibə zamanı “uşaqların hüquqlarını pozan” ölkələr siyahısına daxil etmişdi. Daha sonra Səudiyyə Ərəbistanı Yəmənə “yardımla bağlı” dəstəyini kəsəndən sonra BMT bu qərarından daşındı. Cari ayda BMT əksinə Yəmənin Ənsarulla hərəkatını qeyd edilən siyahıya əlavə edib.

Teqlər