İyun 30, 2021 14:13 Asia/Baku
  • İsmail Bəqayi Hamanə
    İsmail Bəqayi Hamanə

İranın BMT-nin Cenevrədəki ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi birtərəfli məcburetmə tədbirlərini müasir soyqırım kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, səfir İsmail Bəqayi Hamanə Çərşənbə axşamı günü İnsan Haqları Şurasının, Soyqırım üzrə Xüsusi Məruzəçi ilə interaktiv dialoq mövzusunda keçirilən 47-ci iclasında əlavə edib: "Birtərəfli məcburetmə tədbirləri və sanksiyalar hədəf əhali üzərində dərhal və davamlı mənfi təsirlər göstərdiyinə görə müasir soyqırım kimi qəbul edilməlidir".

Bu gün ən dəhşətli soyqırım hadisəsinin işğal olunmuş Fələstində baş verdiyinə toxunan Bəqayi Hamanə deyib: "Bu soyqırımın qarşısını almaq üçün yeganə zəmanət olaraq, işğala son qoymaqda bütün ölkələr kollektiv və birgə məsuliyyət daşıyırlar".

İranın BMT-nin Cenevrədəki ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Kanadada məcburi assimilyasiya layihəsi çərçivəsində internat məktəblərində yerli uşaqların kütləvi məzarlarının aşkar edilməsi barədə yayılan xəbərlərə toxunaraq, bu cür cinayətlərin əsrlər boyu davam edən səssizlik içərisində baş vermiş sistematik və qəddar bir soyqırımın göstəricisi olduğunu qeyd edib.

Bəqayi Hamanə, Kanadanın Həqiqət və Uzlaşma Komissiyasının 2015-ci ildə bu cinayətləri "mədəni soyqırımı" olaraq, izah etməsini, sadəcə mövzunu əhəmiyyətsiz etmək və həqiqəti saxtalaşdırmaq cəhdi və bu cinayətləri sözün əsl mənasında "qeyd-şərtsiz soyqırım"ın bariz nümunəsi kimi dəyərləndirib.

Teqlər