İran ordusu Xəzər dənizində təlimlərə başlayıb
İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələri Xəzər dənizində "Ya Hüseyn" kodu ilə “Davamlı Təhlükəsizlik-1400” adlı hərbi təlimlərə başlayıb. Təlimin mesajı sülh və dostluq olacaq.
SəhərAzəri-nin məlumatına əsasən, "Davamlı Təhlükəsizlik-1400" dəniz təlimləri, hərbi dəniz qüvvələrinin müxtəlif yerüstü və uçuş bölmələri, o cümlədən raket atıcıları, sabit qanadlı təyyarələr və helikopterlər, habelə dəniz pilotsuz təyyarələri və elektron döyüş sistemləri, həmçinin dəniz piyadaları və komandoslarının iştirakı ilə bu gün Xəzər dənizində başlayıb.
Bu genişmiqyaslı dəniz təlimləri İran İslam Respublikasının Xəzər dənizindəki 20 faizlik sularının hüdudlarında təxminən 77 min kvadrat kilometr sahədə həyata keçirilir və onun çərçivəsində ərazi sularının və nəqliyyat xətlərinin qorunması üçün hücum və müdafiə ssenariləri icra edilir.
İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri təlimlərə hava dəstəyi verəcəklər.