Bütün İranda səadətli Qurban bayramı namazı qılınıb
https://azeri.sahartv.ir/news/İran-i379270-bütün_İranda_səadətli_qurban_bayramı_namazı_qılınıb
Bütün İranda koronavirus pandemiyası ilə əlaqədar səhiyyə protokollarına riayət olunaraq, səadətli Qurban bayramı namazı qılınıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 21, 2021 06:48 Asia/Baku
  • Bütün İranda səadətli Qurban bayramı namazı qılınıb

Bütün İranda koronavirus pandemiyası ilə əlaqədar səhiyyə protokollarına riayət olunaraq, səadətli Qurban bayramı namazı qılınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər saatlarında müxtəlif siniflərdən olan insanlar dini məkanlarda olaraq, mübarək Qurban bayramı namazının qunutunda "Allahummə Əhləl Kibriyayi Vəl Əzəmə" zikrini qiraət ediblər.

Bu gün 1442-ci hicri qəməri ili zilhəccə ayının 10-u və 2021-ci milad ili iyulun 21-i, müsəlmanların böyük bayramlarından olan səadətli Qurban bayramı və ya Əzha bayramıdır.

Səadətli Qurban bayramında Allah Evini ziyarət etməyə getmiş hacılar Allah-Taalanın göstərişi ilə və onun razılığı üçün qurban kəsərək, böyük ilahi peyğəmbər, Həzrət İbrahimin (ə) xatirəsini yaşadır və əziz tuturlar.