İran-Kuba vaksini eyni zamanda bir neçə mutasiya ilə mübarizə apara bilir
İranda Pastor İnstitutunun direktoru bildirib ki, İran-Kuba müştərək vaksini eyni zamanda bir neçə mutasiya ilə mübarizə aparmaq qabiliyyətinə malikdir.
SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Bigleri deyib ki, Kubanın Finla və İranın Pastor institutlarının birgə məhsulu olan vaksin dünyada eyni zamanda bir neçə mutasiya ilə mübarizə apara bilən yeganə peyvənddir.
Bigleri sonra deyib ki, hər iki ölkədə sınaq işləri başa çatmaqdadır və çox yaxşı nəticələr əldə olunub; belə ki, bu vaksin virus mutasiyaları ilə mübarizədə yaxşı şəkildə əməl edib.
Testlərin nəticələri göstərir ki, bu vaksin Kubada başlıca olaraq mövcud və ən pis virus növlərindən olan Cənubi Afrika və Kaliforniya mütasiyaları kimi müxtəlif mutasiyalarla mübarizədə doxsan bir tam onda iki faiz uğurlu olub- deyə, İranın Pastor İnstitutunun direktoru bildirib.