İranın XİN başçısından türk xalqına müraciət
https://azeri.sahartv.ir/news/İran-i379596-İranın_xİn_başçısından_türk_xalqına_müraciət
Məhəmməd Cavad Zərif Türkiyədəki yanğınlarda həlak olmuş şəxslərin ailələrinə başsağlığı verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2021 19:04 Asia/Baku
  • İranın XİN başçısından türk xalqına müraciət

Məhəmməd Cavad Zərif Türkiyədəki yanğınlarda həlak olmuş şəxslərin ailələrinə başsağlığı verdi.

SəhərAzəri-nin məlumatına əsasən, M.C.Zərif öz tvitter hesabı üzrəindən türk dilində yazıb: “Türkiyənin bəzi bölgələrində yanğının baş verməsindən çox kədərləndim. Türkiyə xalqının və dövlətinin qəmini-kədərini bölüşürük və onlarn yanındayıq. Hadisə qurbanlarına Allahdan rəhmət və yaralılar üçün şəfa diləyirik. Xeyir duamız və imkanlarımız Türkiyədə qardaşlarımızın ixtiyarında olacaq.