İyul 31, 2021 19:29 Asia/Baku
  • İİR HHM qüvvələrinin qüdrətinin nəticəsi

İranın cənub-şərq hava hücumundan müdafiə bölgəsinin komandan əvəzi vurğulayıb ki, İran səmasının bugünkü təhlükəsizliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin qüdrətinin nəticəsidir.

SəhərAzəri-nin məlumatına əsasən, İkinci dərəcəli briqada generalı Nəsrullah Huşmənd deyib ki, məhz hava hücumundan müdafiə qüvvələrinin qüdrəti sayəsindədir ki, düşmən özünə İran səmasına təcavüz etmək icazəsi vermir.

İranın cənub-şərq hava hücumundan müdafiə bölgəsinin komandan əvəzi sonra bildirib ki, təhlükəsizlik asanlıqla əldə olunmur və ölkədəki nümunəvi təhlükəsizlik, İran İslam Respublikası Silahlı Qüvvələrinin zəhmətlərinin nəticəsidir.

Huşmənd «Vilayət və İmamət» ongünlüyünü, həmçinin səadətli Qədiri-Xum bayramını təbrik edərək, qeyd edib ki, Həzrət Əli(ə)-ı yaşayışın bütün sahələrində, o sıradan hərbi, etik, sosial, siyasi və dini sahələrdə özümüz üçün nümunə və meyar qərar verməliyik, zira o böyük və şücaətli imam ali və nümunəvi bir şəxsiyyət olubdur.

Teqlər