Dünya ictimaiyyəti aydın mövqe tutmalıdır
İran xarici işlər naziri vurğulayıb ki, dünya ictimaiyyəti Əfqanıstandakı böhranın siyasi həllinin himayə olunmasında, zorakılığın pislənməsində və onun nəticələrində aşkar mövqe tutmalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif İran Xarici İşlər Nazirliyinin rəsmilərilə fikir mübadiləsi aparmaq məqsədilə bir nümayəndə heyəti ilə Tehrana səfər etmiş BMT baş katibinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Jan Arno ilə görüşdə Əfqanıstanın çətin durumuna və bu ölkədəki şəraitin mürəkkəbliyinə işarə ilə xarici güclərin yanlış siyasətlərini Əfqanıstanın hazırkı vəziyyətinin mühüm amillərindən adlandırıb.
Görüşdə BMT baş katibinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Jan Arno da İran İslam Respublikasının və digər region ölkələrinin Əfqanıstan sülh prosesinə kömək istiqamətindəki rollarının önəminə təkid edərək, deyib ki, heç bir ölkə və ya ölkələrdən məhdud sayda bir qrup, təklikdə Əfqanıstanın cari durumunu sahmana salmağa qadir deyildir.