Avq 16, 2021 13:01 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasiminin ilk gecəsi

Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın əzadarlıq mərasiminin ilk gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilib.

 SəhərAzəri-nin məlumatına əsasən, koronavirus pandemiyasına və Həzrət Ayətullahuluzma Xameneinin korona ilə milli mübarizə qərargahının protokollarına riayətə təkid etmələrinə görə, bu mərasim əhalinin iştirakı olmadan keçirilib.

Öz söhbətində bütün peyğəmbərlər və övliyaların çağırışı və istiqamətləndiriciliyini, tiranlıqdan çəkinmək və tövhidə çağırış kimi iki cəhətə şamil olduğunu bildirən höccətülislam vəlmüslimin Seddiqi belə söyləyib: Bu prinsip dini hökumətin zəruriliyini göstərir, zira tövhidi bir cəmiyyətin yaradılması və pozğun və tiran hökumətlərinin yığışdırılması, dini hökumətin təşkilindən asılıdır.

Həmçinin bu mərasimdə cənab Qasim Rəzii, Qurani-Kərimdən ayələr qiraət edib, cənab Murtuza Tahiri də müsbəti zikr edərək, mərsiyə oxuyubdur.

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın şəhadəti günlərinin əzadarlıq mərasimi 1443-cü hicri qəməri ili məhərrəm ayının yeddinci gecəsindən on ikinci gecəsinədək- altı gecə, İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçiriləcək.

Dünya şiələrinin üçüncü imamı və onun vəfalı köməkçiləri 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəlada şəhid ediliblər.

Teqlər