Avq 16, 2021 14:01 Asia/Baku
  • Qazaxıstan gəmiləri Ənzəli sularına daxil olublar

İranın İmam Rza(ə) adına dəniz qoşunlarının dördüncü bölgəsi və şimal donanması Qazaxıstan gəmilərini qarşılayıblar.

 SəhərAzəri-nin məlumatına əsasən, bu gəmilər beynəlxalq dəniz kuboku yarışlarında iştirak etmək məqsədilə İran sularına daxil olublar.

Bu gün səhər Qazaxıstanın «Mangistau» və «Sarı Arka» gəmiləri Ənzəli limanında İranın daxili sularına daxil olublar.

İranın Ənzəli limanında keçiriləcək dəniz kuboku uğrunda altıncı beynəlxalq yarışlar Xəzər kənarında Azərbaycan Respublikası, Qazaxıstan və Rusiyanın gəmi yarışlarına ev sahibliyi edəcək. Bu yarışlarda təqribən 400 idmançı iştirak edəcək.

Bu yarışlar İran gəmilərinin döyüş qabiliyyətlərini xəzəryanı ölkələrə sərgiləmək üçün yaxşı bir fürsətdir.

Yarış iştirakçılarının sağlamlığı COVID-19 testinin aparılması ilə təsdiq olunub və iştirakçı idmançılar korona vaksini vurdurublar.

Müxtəlif ölkələrin iştirakçıları öz gəmilərində yerləşəcək və şəhərdə hərəkət etməyəcəklər.

Beynəlxalq dəniz kuboku yarışları gəmi bölməsində, suüstü və hava atıcılığı, dənizdəki buy-un aradan götürülməsi və dəyən zərərlərə nəzarətə şamil olur.

Yarışlar iki mərhələdə- dəniz və sahildə keçiriləcək və İranda Ənzəli limanı, gəmi yarışlarına, Çabahar limanı isə dalğıc yarışlarına ev sahibliyi edəcəklər.

Dəniz kuboku uğrunda altıncı beynəlxalq yarışlar avqustun 19-dan etibarən, 25 gün müddətinə keçiriləcək.

Teqlər