Avq 18, 2021 16:27 Asia/Baku
  • İranda Tasua əzadarlığı

Şəhidlər ağası və sərkərdəsinin Tasua günündəki əzadarlıq mərasimi səhiyyə protokollarına riayət edilməklə bütün İslami İranda keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn əzadarları bu gün açıq mühitdə sosial məsafəyə və maska vurmaq da daxil olmaqla digər səhiyyə protokollarına riayət etməklə bir yerə toplaşıblar ki, özlərinin Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-a və onun vəfalı bayraqdarı- Həzrət Əbülfəzl Abbas(ə)-a olan məhəbbət və hörmətlərini nümayiş etdirmiş olsunlar.

Mərasim iştirakçıları Kərbəla bayraqdarının və İmam Hüseyn(ə)-ın səhabələrinin müsibətində sinə vurub, əzadarlıq ediblər.

Bu gün, 1443-cü hicri qəməri ili məhərrəmulhəram ayının doqquzu, Hüseyn(ə) Tasuası günüdür.

Teqlər