Əfqanıstanın durumu ABŞ-ın etimadedilməz olmasının təzahürüdür
-
Səid Xətibzadə
«Bu gün Əfqanıstanda baş verənlər sübut edir ki, Birləşmiş Ştatlar, olduğu hər yerdə yalnız öz mənafeyinin fikrindədir.»
SəhərAzəri-nin məlumatına əsasən, Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü öz həftəlik brifinqində vurğulayıb.
«Bu günlər Əfqanıstanda müşahidə etdiyimiz hadisələr öz təhlükəsizliklərini Amerikaya bağlayan kəslər üçün böyük bir dərsdir»- deyə, Səid Xətibzadə Əfqanıstanın hazırkı vəziyyəti barədə verilən sualın cavabında bildirib.
«Birləşmiş Ştatlar sübut edibdir ki, öz maraqlarını nəzərdə tutur və hətta öz müttəfiqlərini belə nəzərə almır. Amerikanın Əfqanıstandakı iştirakı tələfat, xəsarət və yoxsulluqdan savayı, bir şey gətirmədi və sonda, dəhşətli şəkildə oranı tərk etdi.»- Xətibzadə belə deyib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonra vurğulayıb ki, İran regiona süBRİFİNQİlh və təhlükəsizlik gətirməyə çalışıb və çalışacaq və İranın qonşuları bu məqsədə çatmaq yolunda Tehrana kömək edəcəklər.
«İnsan hüquqlarını müdafiə iddiasında olanlar, hamını dərindən narahat edən Əfqanıstandakı kədərli hadisələr barədə susurlar»-deyən Xətibzadə sonra belə vurğulayıb: Birləşmiş Ştatlar yalnız yalan söyləyir,/ öz hərəkətləri üçün zəif bəhanələr gətirir/ və Əfqanıstanda baş verənlər sübut edir ki, Amerikanın çöküşü sürətlənibdir.
«Biz Birləşmiş Ştatlara tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsın.»-deyən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin müharibə nazirinin son sözləri ilə bağlı verilən ikinci sualın cavabında bildirib ki, sionist rejim təcavüz və əmin-amansızlıq yaratmaqla tanınır və demək olar ki, bu rejimin beynəlxalq sistemdə yeri yoxdur.