Avq 27, 2021 12:46 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kabil hava limanındakı son terror hadisələrindən son dərəcə narahat olduğunu bildirib və bu terror hərəkətini pisləyib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Səid Xətibzadə Əfqanıstanın müdafiəsiz xalqının hədəfə alınmasını, həmçinin qadınlar, kişilər, gənclər və azyaşlıların hücuma məruz qaldıqları hər hansı terror əməliyyatını pisləyib.

Xətibzadə ümidvarlıq edib ki, tez bir zamanda Kabildə əhatəli bir hökumətin yaradılması ilə, məsuliyyət daşıyan orqanlar xalqın həyatı və əmlakının qorunması üzrə vəzifələrini üzərlərinə götürəcəklər.

Əfqanıstanın səhiyyə rəsmiləri bildiriblər ki, cümə axşamı günü axşamçağı Kabil hava limanının yaxınlığında baş vermiş iki intihar partlayışının tələfatı altmış ölü və 140 yaralıya yüksəlib.

SENTKOM komandanı general Kennet Mak Kenzi, Kabil hava limanının qarşısında törədilmiş terror partlayışlarında Amerika hərbi qüvvələrindən on iki nəfərin öldürüldüyü və on beş nəfərin də yaralandığını təsdiq edib.

İŞİD terror qrupu cümə axşamı günü öz teleqram hesabında rəsmi şəkildə Kabil hava limanının qarşısında törədilmiş terror partlayışlarının məsuliyyətini üzərinə götürüb.

 

Teqlər