Avq 28, 2021 15:34 Asia/Baku

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri vurğulayıblar: "İran İslam Respublikası bütün hallarda Əfqanıstanın məzlum və müsəlman xalqının tərəfdarıdır və bizim hökumətlərlə münasibətlərimiz onların İranla münasibətlərindən və davranışlarından asılıdır".

SəhərAzəri-nin verdiyi məlumata görə, Həzrət Ayətullahül-uzma Xamenei bu gün yeni prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə amerikalıları diplomatiyanın pərdə arxasında və təbəssümlərinin və zahirən  haqlı sözlərin arxasında vəhşi və yırtıcı canavarlar kimi xarakterzə edərək deyiblər: "Əlbəttə bəzi hallarda tülkü kimi hiyləgərdirlər ki, bunun bariz nümunəsi Əfqanıstandakı mövcud vəziyyətdir".

İslam İnqilabının Aliməqamlı Rəhbəri Əfqanıstanı dost və İranla eyni dilə, eyni dinə və eyni mədəniyyətə sahib olan ölkə adlandırıblar və insanların problemlərindən; o cümlədən cümə axşamı günü Kabil Hava Limanında baş verən hadisələrdən çox kədərləndiyini ifadə edərək, buyurublar: "Bu problemlər və çətinliklər ölkəni 20 il işğal edən və onun xalqına hər cür zülm tətbiq edən amerikalıların işidir".

O, həzrət qeyd ediblər: "ABŞ Əfqanıstanın inkişafı üçün bir addım belə atmadı və bugünkü Əfqanıstan sivil inkişaflar və abadlıq baxımından 20 il əvvəldən geri qalmışsa da, irəlidə də deyil.

Həzrət Ayətullahül-üzma Xamenei yeni Nazirlər Kabinetinin üzvlərinə xitabən xarici siyasətdə daha aktivliyin vacibliyini vurğulayaraq, əlavə ediblər: "Diplomatiyanın iqtisadi cəhəti gücləndirilməlidir və necə ki, bir çox ölkədə prezident özü iqtisadi diplomatiyanı izləyir, ölkənin iqtisadi diplomatiyası da bu baxışla gücləndirilməlidir".

İnqilab Rəhbəri 15 qonşu ölkə ilə,  həmçinin bir-iki ölkə istisna olmaqla dünyanın digər ölkələri ilə xarici ticarətin genişləndirilməsini vacib və mümkün hesab ediblər və bildiriblər: "Diplomatiya nüvə məsələsinin təsiri altında ona bağlı olmamalıdır, çünki nüvə məsələsi ayrı bir məsələdir ki, düzgün və ölkəyə uyğun şəkildə həll edilməlidir".

İslam İnqilabının Aliməqamlı Rəhbəri xatırladıblar: "Amerikalılar nüvə məsələsində həqiqətən həyasızlığın həddini aşıblar və hamının gözü önündə nüvə anlaşmasından çıxdıqları bir halda indi elə danışırlar və tələbkarcasına çıxış edirlər ki, guya İslam Respublikası nüvə anlaşmasından çıxıb və öhdəliklərini yerinə yetirmir. Halbuki, ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra uzun müddət İran tərəfindən heç bir iş görülmədi və bir müddət sonra xəbərdarlıq etdikdən və məlumat verdikdən sonra öhdəliklərin hamısı deyil, bəziləri donduruldu".

O, həzrət Avropa ölkələrinin də təxribat və əxlaqsızlıqda  amerikalılardan geridə qalmadıqlarını bəyan edərək, buyurublar: "Onlar da ABŞ kimidirlər. Dilbazlıq edəndə və danışan zaman həmişə tələbkardırlar, sanki bu İran imiş ki, uzun müddət danışıqları istehza edib və pozub.

Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "ABŞ-ın hazırkı rəhbərliyi əvvəlki hökumətdən heç nə ilə fərqlənmir, çünki nüvə məsələsində Trampın İrandan tələb etdiyi şeyi başqa bir dillə tələb edir. və o vaxt hökumət rəsmiləri bunun məntiqli olmadığına təkid edərək, qəbul edilməsinin mümkün olmadığını deyirdilər.

Teqlər