Əmir Abdullahiyan Feysəl Miqdadla görüşüb
Avq 29, 2021 20:42 Asia/Baku
-
İran Suriya
İran İslam Respublikası və Suriyanın xarici işlər nazirləri görüşüblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Dəməşqdə səfərdə olan Hüseyn Əmir Abdullahiyan bu gün Feysəl Miqdadla görüş keçirib.
İran xarici işlər naziri bu gün İraqı himayə üzrə regional konfransda iştirakdan sonra ilk ikitərəfli səfərdə Suriyaya yola düşüb.
Əmir Abdullahiyan Suriyaya daxil olarkən deyib ki, İran İslam Respublikasının Suriya və İraqla əlaqələri strateji əlaqələrdir.