Avq 30, 2021 14:34 Asia/Baku
  • 8 şəhrivər, İranda terrorizm ilə mübarizə günüdür

Bu gün, səhrivər ayının səkkizi, avqustun otuzu, İranın keçmiş prezidenti və baş nazirinin şəhid olmalarının ildönümü günü və terrorizm ilə milli mübarizə günüdür.

SəhərAzəri-nin verdiyi məlumata görə, günəş təqvimi ilə 1360-cı il səhrivər ayının səkkizi, 1981-ci il avqustun otuzu, İranın o zamankı prezidenti Mohəmməd Əli Rəcayi və baş naziri Mohəmməd Cəvad Bahonərin nazirlər kabinetinin üzvlərindən bir qrupu ilə birlikdə, baş nazirlik ofisindəki partlayışda məzlumcasına şəhid olmalarını xatırladır.

Bu partlayış münafiqlər qaragüruhu tərəfindən həyata keçirilmişdi.

İran İslam İnqilabının 1979-cu ildə zəfər çalmasından sonra İran İslam Respublikasının məsul şəxsləri və vətəndaşlarından 17 min nəfərdən çox insan münafiqlər qaragüruhu və digər terror qrupları tərəfindən terror edildi.

Münafiqlər qaragüruhunun üzvləri İranda terror hərəkətlərinə başladıqdan sonra öncə Parisə qaçdılar, sonra isə İraqa getdilər.

1991-1992-ci illərdə İraqın devrilmiş diktatoru Səddam münafiqlərdən  kürdlərə qarşı cinayətləri üçün istifadə etdi və bir neçə min qadın və uşağın ölümü ilə nəticələnən İraq kürdlərinin soyqırımı əməliyyatını planlaşdırdı.

ABŞ-ın İraqa gəlişindən sonra münafiqlər qaragüruhu ABŞ-ın himayəsi altına keçdilər və bir müddət "Liberty" düşərgəsinə qaldıqdan sonra Amerika və İngiltərənin lobbiçiliyi və sərbəst fəaliyyət göstərcəklərinə dair bir sıra vədlərlə Albaniyaya yollandılar. 

Bu elə bir halda idi ki, terrorçu münafiqlər qaragüruhunun əsas himayədarları olan ABŞ, İngiltərə və Fransa onları öz ərazilərində rəsmən qəbul etməkdən imtina etdilər.

Teqlər