Vyana müzakirələrinin İran xalqı üçün əyani nailiyyəti olmalıdır
«İranın 13-cü dövlətinin qənaətinə görə, hər hansı Vyana müzakirəsi İran xalqı üçün əyani nailiyyətə malik olmalıdır və vaxtın itirilməsi kimi yanaşmanı heç kəs qəbul etməyəcək».
SəhərAzəri-nin verdiyi məlumata görə, Bunu, dünən gecə İranın ikinci telekanalının informasiya dialoqu verililşində söhbət edən İranın xarici işlər naziri deyib.
«İslam Şurası Məclisi və İran İslam Respublikası dövləti müzakirələrdə İran xalqının maksimum hüquqlarını əldə etmək istəyirlər. Ümid edirik ki, bizim Vyana müzakirələrindəki qarşı tərəflərimiz ağıl və məntiq əsasında müzakirə edəcəklər»-deyə, Hüseyn Əmir Abdullahiyan bildirib.
İranın xarici işlər nazirinin sözlərinə görə, o, İran prezidentinin andiçmə mərasimində Avropa Birliyinin baş müzakirəçisi Enrike Mora ilə görüşdə amerikalıların birinci səhvinin İran xalqına qarşı təhdid dilindən istifadə etmələri olduğunu və bu xalq ilə etika ilə rəftar etməli olduqlarını qeyd edib.
«Biz Avropa Birliyinin nümayəndəsinə dedik ki, təhdid dilinin İran xalqı üçün bir nəticəsi olmayacaq və əgər onlar bu cür davam etdirərlərsə, bu, 13-cü dövlət üçün konstruktiv olmayacaq və İran İslam Respublikası məntiqin hakim kəsiləyəcəyi hər hansı müzakirəni alqışlayır»- deyə, İranın xarici işlər naziri bildirib.