Sen 08, 2021 12:10 Asia/Baku

İranın Pastor İnstitutunun sədri deyib: "İranla Kubanın birgə hazırladığı vaksinin uşaqlar üzərində klinik sınaqları uğurla həyata keçirilib".

SəhərAzəri-nin verdiyi məlumata görə, Əlirza Bigləri "Pasto Kovak" peyvəndinin uşaqlar üçün istifadə edilə bilən ən etibarlı peyvəndlərdən biri olduğunu qeyd edərək, əlavə edib: "Subrana-2" peyvəndi Kubada uşaqlar üzərində sınaqdan keçirilib və təcili istifadə icazəsi də alıbdır və əgər İranın Səhiyyə Nazirliyi uşaqları peyvən etmək qərarına gələrsə, bu vaksindən istifadə edə bilər".

İranın Pastor İnstitutunun sədri həmçinin deyib: "Araşdırmanın nəticələri göstərdi ki, bu peyvəndin böyüklərə üçüncü dozasının vurulması lazımdır, ancaq uşaqlarda üçüncü dozaya ehtiyac yoxdur və immunite qazanmaq üçün 2 doza kifayətdir".

İranın "Pastor" institutu və Kubanın "Finlay" institutunun birgə istehsal etdiyi koronavirusa qarşı vaksin, Kubada "Subrana-2" və İranda "Pasto Kovak" adlanır.

Teqlər