Sen 14, 2021 15:35 Asia/Baku
  • General-mayor Seyid Əbdürrəhim Musəvi
    General-mayor Seyid Əbdürrəhim Musəvi

İran İslam Respublikası Ordusunun baş komandanı ordunun dəniz qoşunlarının qarşıdan gələn okeanlar üzrə tapşırıqlarına işarə edib.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Seyid Əbdürrəhim Musəvi yeni destroyerlər və gəmi-limanın düzəldilməsindən xəbər verib.

Ordunun və ölkənin silahlı qüvvələrinin müxtəlif logistik təchizat, hərbi gəmi və destroyerlər istehsalı sahəsindəki qabiliyyətlərinə toxunan general Musəvi bildirib ki, ordunun dəniz qoşunları okeanlarda təsirli iştiraka malik olmaq istəyir, buna görə, təchizat baxımından mükəmməl və lazımi bacarıqlara malik olmalıdır.

İran tarixində misilsiz bir dəniz tapşırığında «Məkran» gəmi-limanı və «Səhənd» destroyerinə şamil olan İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının 75-ci eskadrası ölkənin cənubunda yerləşən Bəndər-Abbas limanında tapşırığını bitirdikdən sonra iranlı komandanlar tərəfindən rəsmi şəkildə qarşılanıbdır.

 

Teqlər