Sen 16, 2021 15:56 Asia/Baku
  • İran tərəfindən göndərilən yanacaq Livana çatıb

Livan mətbuatı İranın göndərdiyi yanacağı daşıyan tankerlərin bu ölkəyə daxil olduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Livan-24" telekanalı bu gün bir video yayımlayaraq, İran mazutunu daşıyan tankerlərin Livanın Əl-Hermel şəhərinə daxil olduğunu bildirib. 

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı günü İranın göndərdiyi yanacağı daşıyan tanker karvanının Livana girməsi ərəfəsində bir mesaj yayımlayıb. Mesajda deyilir: "Öyrəndim ki, cümə axşamı günü insanlar Bəəlbək Əl-Hermel bölgəsinə toplaşaraq yanacaq tankeri karvanını qarşılayacaqlar. Şərəfli xalqımızın böyük və səmimi dəstəyinin fərqindəyəm". 

Seyid Həsən Nəsrullah Livan vətəndaşlarına təşəkkür edib və xalqın sağlamlığı və yanacaq tankerinin qorunması üçün tanker karvanı keçərkən toplaşmamalarını istəyib.

Livan Hizbullahının baş katibi bazar ertəsi günü etdiyi çıxışında da, neft məhsulları daşıyan ilk gəminin cari həftənin bazar axşamı Suriyanın Banias limanına çatdığını və yanacağın Livana nəqli prosesinin cümə axşamı günü başlayacağını açıqlamışdı.

Seyid Həsən Nəsrullah ABŞ-ın sanksiyalarına məhəl qoymadan İrandan Livan pulu ilə yanacaq almağı təklif etmişdi. 

Livandakı yanacaq böhranı son həftələrdə daha da kəskinləşib belə ki, elektrik kəsintiləri bəzi xəstəxanaları, çörək sexlərini, şirkətləri və digər əsas xidmətləri fəaliyyətlərini azaltmağa və ya dayandırmağa məcbur edib, Livan xalqı da yenidən etiraz etməyə başlayıb. 

Teqlər