Sen 17, 2021 10:55 Asia/Baku
  • İran-Belarus
    İran-Belarus

İran İslam Respublikasının prezidenti dünən axşam Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin kənarında Belarus prezidentilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, O, bu görüşdə bildirib ki, iki ölkənin birgə layihələrinin ən qısa zamanda təkmilləşdirilməsi, ikitərəfli iqtisadi anlaşmaların genişləndirilməsi prosesini sürətləndirə və asanlaşdıra bilər.

İran dövlətinin prioritetinin iqtisadi olduğunu vurğulayan Seyid İbrahim Rəisi regionda iqtisadi münasibətlərin inkişafına çalışdığı və iqtisadi və texniki nazirlərə birgə razılaşmaların icrasını təqib etməyi tapşırdığını qeyd edib.

İran İslam Respublikasının prezidenti bildirib ki, Tehran və Minsk əlaqələri genişləndirmək üçün çox yaxşı sahə və imkanlara malikdirlər və yaxşı və konstruktiv ikitərəfli siyasi əlaqələr bu imkanların daha çox və daha sürətlə həyata keçməsinə təsirli kömək göstərə bilər.

İran İslam Respublikasının prezidenti amerikalı dövlət başçılarının İran xalqına qarşı maksimum təzyiq siyasətinin uğursuzluğuna dair etiraflarına da toxunub. Bİldirib ki, regional münasibətlərin inkişafı sanksiya ilə mübarizə yollarından biridir.

Belarus prezidenti də deyibdir ki, heç bir ölkə başqa ölkələri sanksiya etməklə uğur qazana bilməyib və sanksiya ümumiyyətlə dünyada məğlubiyyətə uğramış bir siyasətdir.

Ölkəsinin İran İslam Respublikası ilə iqtisadi əlaqə və əməkdaşlıqları genişləndirməyə maraqlı olduğunu vurğulayan Lukaşenko bildirib ki, iki ölkənin iqtisadi əlaqələrinin hazırkı səviyyəsi heç bir vəchlə İran və Belarusun dostcasına siyasi əlaqələri ilə mütənasib deyildir.

 

Teqlər