İranın dəniz donanması dünyanın hər nöqtəsində iştirak edə bilər
İranın dəniz donanmasının qüdrəti
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb ki, İranın dəniz donanması lazım gələrsə, dünyanın hər bir nöqtəsində iştirak edə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Kontr-admiral Şəhram İrani dünən gecə Əlaləm telekanalı ilə müsahibədə bildirib ki, İranın 75-ci eskadrası özünün 133 gündən çox sürən tapşırıq müddətində qırx beş min kilometr yol gedib və heç bir platformaya yan almadan üç okeandan və əlli beş dost və düşmən ölkənin sahillərindən keçib gedə bilibdir.
Kontr-admiral İrani deyib ki, düşmənlər bu iranlı dəniz donanmasının uğurunu istəmirdilər, amma onlar sonda iranlıların iradəsinə hörmət etməyə məcbur oldular.
«Bu tapşırığın mesajı budur ki; biz lazım gələrsə, dünyanın hər bir nöqtəsində iştirak və əcnəbilərə ehtiyac olmadan regionda təhlükəsizliyi bərqərar edə bilərik.»- deyə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı bildirib.
İran istehsalı olan «Səhənd» destroyeri və «Məkran» gəmi-limanından təşkil olunmuş İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının 75-ci eskadrası okeanlarda və azad dənizlərdə 133 günlük dənizçilikdən və 45 min kilometr yol keçdikdən sonra sentyabrın doqquzunda İran İslam Respublikasının ölkə sularına daxil oldu.
Bu eskadra dəniz diplomatiyasını gücləndirmək, dənizçilik xətlərinin təhlükəsizliyini təmin etmək və dəniz qüdrətini yüksəltmək məqsədilə Hind, Cənubi və Şimali Atlantik okeanlarına yola düşdü və İran İslam Respublikasının bayrağını dalğalandırmaqla böyük İran xalqının sülh və dostluq mesajını çatdırdı.