Sen 30, 2021 14:44 Asia/Baku
  • general Kiyumərs Heydəri
    general Kiyumərs Heydəri

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı bildirib ki, sabah ölkənin şimal-qərb bölgəsində ordunun quru qoşunları bölmələrindən bir neçəsinin iştirakı ilə «Xeybər fatehləri» hərbi təlimləri keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı Kiyumərs Heydəri belə söyləyib: «Xeybər fatehləri» hərbi təlimləri quru qoşunlarının aviasiya qüvvələrinin vertolyotlarının atəş dəstəyi, elektron müharibə, PUA, artilleriya və zirehli bölmələrin iştirakı ilə sabah ölkənin şimal-qərb bölgəsində başlanacaq.

O, qeyd edib ki, bu hərbi təlimlər döyüş hazırlığının yüksəldilməsi məqsədilə bölmələrin döyüş imkanları və təchizatlarından bir hissəsinin iştirakı ilə keçiriləcək.

«Xeybər fatehləri» hərbi təlimlərinin ölkənin şimal-qərb bölgəsində keçiriləcəyinə işarə edən İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı sonra belə söyləyib: Bizim silahlı qüvvələrimizin hərbi təlimləri bu bölgədə və ölkənin müxtəlif nöqtələrində, İran İslam Respublikasının sərhədləri və coğrafiyasının hər bir səhnəsində,/ silahlı qüvvələrin döyüş hazırlığının dəyərləndirilməsi, silah və sursatların sınaqdan keçirilməsi məqsədilə hərbi bölmələrin hərbi təlimlərinin həyata keçirilməsi üzrə təqvim proqramı əsasında və dəqiq bir proqramlaşdırmaya uyğun olaraq keçirilir.

 

Teqlər