İranın hərbi təlimləri region ölkələri üçün təhdid deyil
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Dəniz Qoşunlarının komandanı bildirib ki, İran silahlı qüvvələrinin hərbi təlimləri region ölkələri üçün təhdid deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Kontr-admiral pasdar Əlirza Təngsiri Əlaləm telekanalı ilə müsahibədə deyib ki, İran İslam Respublikasının silahlı qüvvələrinin hərbi təlimləri region ölkələri üçün təhdid olmayıb və deyildir, amma ölkəni təhid edəcəkləri təqdirdə, təhdidi təhdidlə cavablandıracağıq.
Kontr-admiral pasdar Təngsiri qeyd edib ki, Hörmüz boğazının təhlükəsizliyinin təmini İran və dost və qardaş ölkə- Omanın üzərinə düşür.
Sepah-ın Dəniz Qoşunları komandanının bildirdiyinə görə, İran İslam Respublikasının silahlı qüvvələrinin hərbi təlimləri rəsmi şəkildə və region səviyyəsində bölgədə peyda olmuş regionaşırı ölkələr və Qüdsü işğal etmiş rejim üçündür.
Sepah-ın Dəniz Qoşunları komandanı həmçinin deyibdir ki, əslində o miqyas üçün hərbi təlimlər keçiririk, zira bu, bir müsəlman ölkəyə hücum etmək demək olmayıb, regional bir miqyasdır.