Okt 01, 2021 10:36 Asia/Baku
  • Xeybər Fatehləri
    Xeybər Fatehləri

İranın şimal qərb bölgəsində Ordunun quru qüvvələrinin təlimləri başlanıb

Zirehli diviziya, artilleriya bölmələri, PUA-lar, hərbi-mühəndislik bölməsi və vertolyotlar təlim-məşq əməliyyatında iştirak edirlər.

Təlim İran Ordusu Quru Qüvvələri Komandanı generalı-leytenant Kiyumərs Heydəri, Silahlı Qüvvələr Baş Qərargahının qiymətləndiriciləri və vilayət rəsmilərinin iştirakı ilə ölkənin şimal-qərbində geniş bir ərazidə başlayıb.  

Bu təlim İran Ordusu Quru Qüvvələrinə aid 216 və 316-cı zirehli briqada, 25-ci briqada, 11-ci topçu qrupu, PUA qrupu, 433-cü döyüş mühəndisliyi və vertolyotların iştirakı ilə keçirilir.  

General-leytenant Kiyumərs Heydəri dünən verdiyi bir açıqlamada bu təlimin zirehli maşınlar, topçu birlikləri, pilotsuz uçuş aparatları (PUA) və vertolyotların iştirakı ilə keçiriləcəyini ifadə etmişdi.  

İranlı general təlimlərin ordu birliklərinin döyüş hazırlığını artırmaq üçün keçiriləcəyini bildirmişdi.

 

Teqlər