Okt 03, 2021 13:47 Asia/Baku
  • Seyid Məhəmməd Sadatinejad
    Seyid Məhəmməd Sadatinejad

İranın BMT-nin insan haqları şurasının Cenevrədə keçirilən yığıncağındakı nümayəndəsi bu təşkilatdan sionist rejimin Fələstinə qarşı cinayətlərinə son qoymaq üçün təcili və qətiyyətli tədbirlər görməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Cenevrədəki nümayəndəliyinin insan haqları üzrə müşaviri Seyid Məhəmməd Sadatinejad insan haqları şurasının 48-ci yığıncağında çıxış edib. O, yığıncağın iş gündəminin yeddinci maddəsinin ümumi mövzusu altındakı çıxışında sionist rejimin cinayətlərinin pislənilməsi haqda belə deyib: Ötən 70 il ərzində Fələstin/ bəşəriyyətə qarşı cinayət, soyqırımı, hərbi cinayətlərin bütün formaları, həbs, özbaşına qətl, sistematik işgəncə, əhali tərkibinin dəyişdirilməsi, etnik təmizləmə və qətli-am kimi saysız-hesabsız cinayətlərə elə bir halda dözübdür ki, sanki Fələstinin sonsuz işğal edilməsinin əvvəlindən, İsrail rejiminin hərəkət tərzi və fəndinə çevrilibdir.

O, sionist İsrail rejiminin, onun işğal etdiyi Fələstindəki cinayətlərinin davam etməsi ilə bağlı bu rejimin məhbəslərində yüzlərlə fələstinli uşağın acınacaqlı vəziyətinə işarə ilə qeyd edib ki, onlar ümumilikdə daş atmaqda ittiham olunurlar.

Bu iranlı diplomat həmçinin qeyd edib ki, dünya ictimaiyyətinin bu aparteid rejimi beynəlxalq qanunlara sadiq qalmağa vadar etməkdəki acizliyi, fələstinlilərə qarşı törədilən cinayətlərə son qoymaq üçün təsirli, qətiyyətli və təcili addımlar istiqamətində BMT-nin insan haqları mexanizmlərinin ağır məsuliyyyətini ikiqat artırır.

 

Teqlər