İran və Rusiya həmkarlıqların inkişafını vurğulayıblar
-
İran və Rusiya
İran və Rusiyanın xarici işlər nazirləri görüşüb və həmkarlıqların inkişafını vurğulayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdikləri görüşdə qarşılıqlı əməkdaşlıqların ikitərəfli və regional səviyyələrdə inkişafına təkid ediblər.
Lavrov bu görüşdə deyib ki, koronavirus pandemiyasına rəğmən, iki ölkə prezidentləri səviyyəsi də daxil olmaqla müntəzəm şəkildə siyasi səviyyələrdə danışıqlar aparırıq.
Rusiyanın xarici işlər naziri sonra bildirib ki, danışıqların yeni sahəsi, İranın Şanxay əməkdaşlıq təşkilatına qəbul edilməsidir, amma əsas prioritet, nüvə anlaşması müzakirələridir.
Lavrov vurğulayıb ki, nüvə anlaşması heç bir əlavə mövzular olmadan icra edilməlidir.
İranın xarici işlər naziri də deyibdir ki, iki prezidentin əlaqəsi və bu səfər onu təsdiq edir ki, bu müzakirələr və iki ölkə əlaqələri stratejidi.
Əmir Abdullahiyan əlavə edib: Yeni müzakirələrdə iki ölkə əlaqələrində ciddi sıçrayışa nail olmağa çalışmalıyıq.
İranın xarici işlər naziri söyləyib: Regional və ikitərəfli əməkdaşlıqlara malikik və bu gün daha çox danışıqlar arapacağıq. Ticarət həmkarlıqlarının genişləndirilməsinə təkid edirik.
«Cənubi Qafqaz, Yəmən və Əfqanıstan da daxil olmaqla beynəlxalq məsələlər barədə söhbət etmək üçün yaxşı fürsətdir»- deyə, Əmir Abdullahiyan bildirib.