Okt 12, 2021 15:56 Asia/Baku
  • «Vilayət səmasının müdafiəçiləri-1400»
    «Vilayət səmasının müdafiəçiləri-1400»

Hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış «Vilayət səmasının müdafiəçiləri-1400» birgə hərbi təlimləri başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu hərbi təlimlər bu gün «Ya, Rəsulallah(s.ə.s.) rəmzinin elan olunması, həmçinin yerli raket və radar sistemləri, kəşfiyyat informasiyaları, elektron müharibə, rabitə sistemləri və görüntülü gözətçi şəbəkəsinin yerləşdirilməsi və genişləndirilməsi ilə İranın Mərkəzi Səhra bölgəsində başlanıb.

İran hava hücumundan müdafiə qərargahının komandanı briqada generalı Qadir Rəhimzadə bu hərbi təlimlərin başlandığını elan etməklə belə vurğulayıb: Hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış «Vilayət səmasının müdafiəçiləri-1400» birgə hərbi təlimlərinin ilk mərhələsində düşməni yayındırmaq üçün passiv müdafiə prinsiplərinə riayətlə əməliyyat qüvvələrinin sürətli reaksiyası və yerdəyişmə yanaşması ilə, hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi və genişləndirilməsi həyata keçirilib.

General Rəhimzadə sonra deyib: Hərbi təlimlərin bu etapında ordu və Sepah-ın pilotlu və pilotsuz təyyarələrinin kəşfiyyat uçuşları ümumi təlim bölgəsində həyata keçirilib.

Təlimlərdəki nəzarət və komandanlıq mərkəzləri siqnal və elektro-optik monitorinqdən bəhrələnməklə təlim bölgəsinin monitorinq əməliyytatını həyata keçirir və “düşmən hədəf”i aşkar edən kimi, süni intellekt və qərar qəbuletmə sistemlərindən istifadə ilə, mübarizə üçün hədəfə uyğun sistemi əməliyyat koordinatlarına daxil edirlər.

 

Teqlər