Okt 18, 2021 13:50 Asia/Baku

İran İslam Respublikasının prezidenti İŞİD-in Əfqanıstanda törətdiyi terror aktlarının səbəbini açıqlayıb.

 SəhərAzəri-nin məlumatına əsasən, İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında İŞİD terror təşkilatının Əfqanıstanda Qərb işğalçılarının uğursuz missiyasını tamamlamağa çalışdığını bildirib. 

Onun sözlərinə görə, İŞİD terrorçularının hücumları Əfqanısstanda parçalanma, qarşıdurma və dinlərarası qan tökülməyinə başlamaq məqsədini daşıyır.

Həmçinin Rəisi bu yaxınlarda Əfqanıstanda şiə məscidlərində baş vermiş dəhşətli partlayışlarla bağlı bu ölkənin xalqına başsağlığı verib və deyib ki, İran İslam Respublikası Əfqanıstan xalqını dəstəkləyir və onun üçün davamlı sabitlik və təhlükəsizlik yaratmağa kömək etməyə hazırdır.

Teqlər