Okt 20, 2021 15:26 Asia/Baku
  • Vilayət fədakarlarının onuncu hava qüdrəti təlimləri
    Vilayət fədakarlarının onuncu hava qüdrəti təlimləri

İran İslam Respublikası Ordusunun hava qoşunlarının Vilayət fədakarlarının onuncu hava qüdrəti təlimləri keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bu təlimlər sabah, İsfahanın Şəhid Babayi, Təbrizin Şəhid Fəkuri, Dizfulun Vəhdəti, Bəndər-Abbasın Şəhid Əbdülkərimi və Buşehrin şəhid Yasini hava bazalarının mehvər olmaları ilə ilk dəfə olaraq hava qoşunlarının bütün bazalarından qeyri-təmərküzləşdirilmiş formada keçiriləcək.

İran İslam Respublikası Ordusunun hava qoşunlarının komandanı- aviasiya briqada generalı Həmid Vahidi bu hərbi təlimlərin keçirilməsi barədə belə deyib: Bu etapda onlarla ədəd qırıcı, qırıcı-bombardmançı, ağır və yarımağır nəqliyyat, yanacaq çatdıran, qırıcı-izləyici-kəşfiyyat və hava patrulu təyyarəsi, eləcə də pilotsuz təyyarə bir gün müddətinə təlimlərin əməliyyat və əsas mərhələsini həyata keçirəcək.

General Vahidi qeyd edib ki, bu təlimlər İran İslam Respublikası Ordusunun hava qoşunlarının döyüş bacarıq və qabiliyyətlərinin bir hissəsini əks etdirmək məqsədilə həyata keçiriləcək.

 

Teqlər