Okt 21, 2021 11:31 Asia/Baku
  • hava qüdrəti təlimləri
    hava qüdrəti təlimləri

Vilayət fədakarlarının onuncu hava qüdrəti təlimlərinin əsas etapı və əməliyyat mərhələsi müqəddəs «Ya, Məhəmməd Rəsulallah(s.ə.s.) rəmzi və ordunun hava qüvvələri bazalarının geniş iştirakı ilə başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun hava qoşunlarının Vilayət fədakarlarının onuncu hava qüdrəti təlimlərinin əsas etapı və əməliyyat mərhələsi ordunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi, Silahlı Qüvvələrin Ali Baş Komandanlığı ofisinin rəisi və silahlı qüvvələrin baş qərargah rəisi əvəzedicisinin, həmçinin bu qərargahın və Xatəmülənbiya(s.ə.s.) adına mərkəzi qərargahın komandirləri və məsul şəxslərindən bir qrupunun, eləcə də ordunun hava qoşunlarının pilotlu və pilotsuz təyyarələrinin geniş iştirakı ilə start götürüb.

Ordunun hava qoşunlarının rəis əvəzi aviasiya briqada generalı Mehdi Hadiyan bildirib ki, təlimlər ölkə genişliyində olan bir miqyasda keçiriləcək.

O, sonra belə deyib: Vilayət fədakarlarının onuncu hava qüdrəti təlimləri real şəraitdə döyüş üçün münasib meyar və lazımi hazırlıqlar əldə etməklə yanaşı, ordunun hava qoşunlarının döyüş bacarıq və qabiliyyətlərinin bir hissəsini əks etdirmək məqsədilə həyata keçiriləcək.

Briqada generalı Mehdi Hadiyanın sözlərinə görə, təlimlərdə ordunun hava qoşunlarının iqtisadi müstəqillik cihadı və müdafiə nazirliyinin mütəxəssisləri tərəfindən yaxşılaşdırılmış müxtəlif tipli yerli silah və sistemlərdən istifadə olunacaq.

 

Teqlər