Erşadi: "Sionizmin çirkin çehrəsi dəyərsiz ritorika ilə ağarmayacaq"
İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Zəhra Erşadi, sionist rejim nümayəndəsinin İrana qarşı irəli sürdüyü əsassız ittihamlara reaksiyada, deyib: "Sionizmin çirkin, irqçi və aparteid çehrəsi dəyərsiz ritorika ilə ağardılmayacaq".
SəhərAzəri-nin məlumatına əsasən, Zəhra Erşədi BMT Baş Assambleyasında İnsan Haqları Şurasının illik hesabatının müzakirə edildiyi iclasda çıxışı zamanı əlavə edib: "Heç kimə sirr deyil ki, uşaq öldürən İsrail rejimi İrana qarşı əsassız ittihamlar səsləndirməyə nə qədər çalışsa da, günahsız Fələstin xalqına qarşı gündəlik iyrənc cinayətlərini gizlədə bilməyəcəkvə sionizmin çirkin, irqçi və aparteid çehrəsi dəyərsiz ritorika ilə ağardılmayacaq".
Erşadi, İran İslam Respublikasının bəzi ölkələrin müstəqil dövlətləri ölkəyə aid qətnamələrlə hədəfə alma ambisiyalarının artmasından ciddi şəkildə narahat olduğunu bildirib və deyib: "Bu cür qərarlar təbiətcə zərərlidir və insan haqlarının müdafiəsi üçün ciddi təhlükə yaradır".
İran İslam Respublikası hökuməti bir daha təkid edir ki, insan hüquqlarının bir alət kimi və seçici istifadəsi və ikili standartlar birdəfəlik kənara qoyulmalı və bunun əvəzinə "U.P.R" adı ilə tanınan İnsan Haqlarının Universal Dövri İcmalı kimi insan hüquqları mexanizmlərinə daha çox diqqət yetirməlidir", - deyə İran İslam Respublikasının baş diplomatı qeyd edib.
İranın milli qətnamələrin tanınmaması və rədd edilməsi ilə bağlı prinsipial mövqeyini təkrarlayaraq, Erşədi insan hüquqlarının müdafiəsi və təşviqi üçün İnsan Hüquqları üzrə Ali Komissarlıq və BMT-nin digər müvafiq insan hüquqları mexanizmləri ilə işləməyə və səmimi münasibətləri davam etdirəcəyini bildirib.
O, vurğulayıb: "İran İslam Respublikası qlobal miqyasda insan hüquqlarının təşviqi və qorunmasına kömək etmək üzrə beynəlxalq öhdəliklərinə sadiq qalmaqla yanaşı, əsas diqqətini İran xalqına xidmətə, demokratik idarəetmə sisteminin dərinləşdirilməsinə və ölkənin insan haqları sahəsində əldə etdiyi nailiyyətlərin sistematik hala gətirilməsinə yönəlib".