Sel hadisəsi ilə bağlı
Prezident Qərbi Azərbaycan valisi və Mahabadın icra başçısına zəng edib
Noy 05, 2021 12:31 Asia/Baku
İran prezidenti Qərbi Azərbaycan valisi və Mahabadın icra başçısına zəng edərək seldən ziyan çəkən ərazilərdəki vəziyyəti öyrənib və lazımı göstərişlər verib.
SəhərAzəri-nin məlumatına əsasən,Semnan vilayətində səfərdə olan Seyid İbrahim Rəisi Qərbi Azərbaycan valisi eləcə də Mahabad şəhərinin icra başçısı ilə ayr-ayrılıqda telefon əlaqəsi saxlayaraq Mahabadda seldən ziyan görən bölgələrin durumu, əhalinin vəziyyəti və ziyanların miqdarı ilə tanış olub və daşqınların ziyanlarının aradan qaldırılması üçün müvafiq göstərişlər verib.
İran prezidenti Qərbi Azərbaycanın Mahabad bölgəsində baş verən sel hadisəsinin ziyanlarının aradan qaldırılması üçün daxili işlər naziri eləcə də Prezidentin icra muavininə də ayrı-ayrılıqda göstərişlər verib.