Noy 07, 2021 13:37 Asia/Baku
  • Şəmxani
    Şəmxani

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, İraq baş nazirinin həyatına qarşı sui-qəsd,/ izi, xarici araşdırma mərkəzlərində axtarılmalı olan yeni bir fitnədir.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Şəmxani bu gün bir tvitt-də belə yazıb: İraqın baş nazirinə qarşı sui-qəsd,/ izi, xarici araşdırma mərkəzlərində axtarılmalı olan yeni bir fitnədir ki, ötən illərdən terror qruplarını yaratmaq və himayə, həmçinin bu ölkəni işğal etməklə əmin-amansızlıq, səbatsızlıq və ixtilaf yaratmaqdan başqa İraqın məzlum xalqı üçün heç bir müjdə gətirməyibdir.

İraqın təhlükəsizlik-media qrupu bu gün səhər saatlarında bir bəyanatda bildiribdir ki, bomba qoyulmuş bir PUA ilə Əlkaziminin Bağdadın yaşıl rayonunda yerləşən iqamətgahına hücumla onun həyatına qarşı sui-qəsd uğursuz qalıb.

İraqın baş naziri bir tvitt-də belə yazıb: Əhvalım yaxşıdır. Əhali arasındayam və hamını sakitliyə və təmkinli olmağa çağırıram.

 

Teqlər