Noy 09, 2021 19:29 Asia/Baku
  • Əhməd Vəhidi
    Əhməd Vəhidi

İranın daxili işlər naziri vurğulayıb ki, Avropa ölkələri narkotik maddələrlə mübarizəsinə görə, İrana təşəkkür etməlidirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Əhməd Vəhidi İran-Press xəbər agentliyilə müsahibədə belə deyib: Amerikanın Əfqanıstana girişindən sonra bu ölkədə narkotik maddələr istehsalı və ixracatı artdı, amma heç bir ölkə belə bir cinayət qarşısında Amerikanı məsul hesab etmir.

İranın narkotik maddələrlə təklikdə mübarizə aparmamalı olduğunu vurğulayan Vəhidi bildiribdir ki, digər ölkələr də bu işə kömək etməlidirlər.

İranın daxili işlər naziri qeyd edibdir ki, Əfqanıstanda narkotik maddələrin əkildiyi sahələri dağıtmaq və onun yerinə, düzgün əkinçiliyi inkişaf etdirməklə əfqanların miqrasiyasının qarşısını almaq olar.

İranın dünyada miqrantları qarşılayan ikinci ev sahibi olması və İranda təqribən üç tam onda beş milyon əfqan qaçqının yaşamasına toxunan Vəhidi deyibdir ki, İranın sərhədləri hələ də mühacirlərin üzünə açıqdır.

 

Teqlər