Baqiri məşvərətləri davam etdirmək üçün Londona daxil olub
İran xarici işlər nazirinin siyasi müavini Avropaya səfərinin davamında İngiltərə rəsmilərilə görüş məqsədilə bir diplomatik heyətlə Londona daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Baqiri-Kəni elan olunmuş proqrama əsasən, bu gün öz ingilis həmkarı və İngiltərə xarici işlər nazirliyinin bir neçə digər rəsmisi ilə ikitərəfli və regional məsələlər barədə söhbət edəcək.
Vyana müzakirələri barədə məşvərət Baqirinin dialoqlarının iş gündəmində duran digər məsələlərdəndir.
Zalımcasına və qeyri-insani sanksiyaların aradan götürülməsi barədə Vyana müzakirələrinin yeni mərhələsi 2021-ci il noyabrın 29-da bərpa edilməlidir.
Londondan öncə Parisə və Berlinə səfər etmiş Baqiri bir tvittdə belə yazıb: Dİgər ölkələrdəki həmkarlarımla məşvərətlərin davamında qarşıdakı günlərdə bir neçə avropalı həmkarımla görüşəcəyəm.
İran xarici işlər nazirinin siyasi müavini sonra belə qeyd edib: İkitərəfli və regional məsələlər, eləcə də qarşıdakı dialoqlar barədə fikir mübadiləsi gündəmdə durur. Biz qanunsuz sanksiyaların ləğvi də daxil olmaqla öz milli maraqlarımızın irəlilədilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
«Biz Vyanada nüvə müzakirəsi aparmayacağıq» deyən Baqiri belə vurğulayıb: Bizim bu müzakirələrdə əsas məsələmiz, Amerikanın nüvə anlaşmasından çıxmasından irəli gələn nəticələrdir və bu nəticələr yalnız İran İslam Respublikasına qarşı tətbiq edilmiş qanunsuz sanksiyalara məxsusdur.
İran İslam Respublikası Amerikanın 2018-ci il mayın 8-də birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra anlaşmanın digər tərəflərinin öz öhdəliklərinə əməl etmələri şərtilə bu anlaşmanı qoruyub saxlamağa çalışdı. Amma avropalılar nüvə anlaşmasının qorunub saxlanılması üzrə vəd etdikləri real addımlarda heç bir uğur qazanmadılar.