Zülfüqar-1400 təlimlərində 150 ssenari icra edilib
İran İslam Respublikası Ordusu komandanının koordinator müavini vurğulayıb ki, Zülfüqar-1400 təlimlərində 150 ssenari icra edilib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Kontr-admiral Həbibullah Səyyari belə deyib: Zülfüqar-1400 təlimlərində ordunun dördlü qüvvələri üçün 150-ə yaxın ssenari və əlli təlim-məşq tərif etdik və bunların hamısı icra olundu və əməliyyat məqsədlərinə nail olduq.
Kontr-admiral Səyyari bildirib ki, bu hərbi təlimlərin icrası İranın müdafiə gücünü göstərir.
Ordu komandanının koordinator müavini vurğulayıb: Strateji hədəflərdə öz çəkindiricilik qüdrətimizi yüksəldirik ki, hər zaman hər bir təhdid qarşısında mübarizə hazırlığına malik olmuş olaq. Biz əməliyyat hədəflərində müxtəlif tipli silahlardan istifadə edib, onları sınaqdan keçiririk.
Ordunun dəniz qüvvələrinin komandan əvəzi kontr-admiral Həmzə Əli Kavyani də ordunun dördlü qüvvələri arasında koordinasiya, yerli təchizatlardan istifadə və gənc nəslə təcrübənin ötürülməsini Zülfüqar-1400 təlimlərinin hədəflərindən adlandırıb. Bildirib ki, bu hədəflər həmin təlim-məşqlərdə tam şəkildə həyata keçirilib.
Ordunun müştərək Zülfüqar-1400 hərbi təlimləri keçən həftə keçirildi.
Bu təlimlər Hörmüz boğazının şərqindən tutmuş İran-Pakistan sərhədindəki limandan o yanadək olan geniş bir bölgədə, dənizdə isə on dərəcə şimal kordinatına və Qırmızı dənizin bir hissəsinədək keçirilib. Təlimlərdə ordunun aviasiya, hava hücumundan müdafiə, dəniz və quru qoşunlarının döyüş qabiliyyhətlərinin bir hissəsindən istifadə olunub.