Noy 26, 2021 16:02 Asia/Baku

Tehranın cümə namazı xitabətçisi Avropa ölkələrinə tövsiyə edibdir ki, öz xalqlarının mənafeyini ABŞ və sionist rejim hökmranlarının qanunsuz maraqlarına qurban etməsinlər.

SəhərAzəri-nin məlumatına əsasən, dörd üstəgəl bir qrupunun İran İslam Respublikasının nümayəndələri ilə müzakirələrinin başlanmasına işarə edən höccətülislam Seyid Məhəmməd Həsən Əbu-Turabifərd sonra belə söyləyib: Bu gün hər bir siyasi analitik yaxşı bilir ki, elə də uzaq olmayan bir gələcəkdə sionist rejim Fələstin bölgəsində və İslam Dünyasında mövcud olmayacaq və Avropa ölkələri öz xalqlarının maraqlarını bütün varlığı ilə uçulub tökülmüş bir rejimlə bağlamasınlar, zira bu, strateji bir xətadır.

Tehranın cümə namazı xitabətçisi daha sonra belə deyib: Əgər müqavimət mehvərinin bacarığı, elmi-siyasi qüdrəti və imkanları olmasaydı, Avropa sərt əmin-amansızlıqlara məruz qalardı və İŞİD-i yatıran, məhz müqavimət mehvərinin bu qüdrəti oldu.

Höccətülislam Əbu-Turabifərd həmçinin İslam İnqilabının Böyük Rəhbərinin İranın elmi istedadları ilə görüşdəki son bəyanatına işarə ilə söyləyib: İslam İnqilabının Böyük Rəhbərinin təkid etdikləri islami quruluşun reallıqlarından biri, ölkədə elm və texnologiyanın inkişafıdır.

Teqlər