Sepah-ın "Böyük Peyğəmbər-17" hərbi təlimləri başlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın əməliyyatlar üzrə sədr müavini Fars körfəzi, Hörmüz boğazı və Hörmüzqan, Buşehr və Xuzistan vilayətlərinin sahillərində "Böyük Peyğəmbər (s.ə.s)-17" adlı birgə hərbi təliminin başladığını elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, "İran Press" xəbər agentliyinin məlumatına görə, Briqada generalı Abbas Nilfuruşan təlimin başladığını elan edərək, bildirib ki, təlim bu gündən etibarən 5gün müddətinə Fars körfəzi sahillərində, Hörmüz boğazı və Hörmüzqan, Buşehr və Xuzistan vilayətlərinin ümumi bölgəsində keçiriləcək. Təlimdə SEPAH-ın və xalq səfərbər qüvvələri Bəsic-in quru, dəniz və aero-kosmik qüvvələrinin bəzi bölmələri iştirak edəcək.
«Böyük Peyğəmbər-17» hərbi təlimlərinin sözçüsü əlavə edib ki, bu təlimlər müqəddəs "Ya Fatimeyi Zəhra" kodu ilə mümkün təhdidlərə və hibrid müharibələrə qarşı mübarizə aparmaq üçün ən qabaqcıl texnika və taktikalardan istifadə etməklə SEPAH-ın döyüş hazırlığı hazırlığı səviyyəsini artırmaq məqsədilə artıq başlayıb.