Dek 21, 2021 13:55 Asia/Baku
  • Sepah-ın hərbi təlimləri
    Sepah-ın hərbi təlimləri

Sepah-ın Böyük İslam Peyğəmbəri(s.ə.s.)-17 hərbi təlimlərinin ikinci günündə düşmənin bazaları, təsisatları, gəmi və katerlərinə qarşı birgə ballistik raket əməliyyatı məşq edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Hərbi təlimlərin bu etapında «yer-yer» tipli ballistik raketlər öncədən təyin edilmiş hədəflərə atılıb.

Xəyali düşmənin simulasiya edilmiş üzən hədəfləri «sahil-dəniz» və «dəniz-dəniz» tipli raketlərinin atılması ilə məhv edilib.

Düşmənin PUA hədəflərinə qarşı sahil və üzən hava hücumundan müdafiə sistemləri əməliyyatlarının icrası Böyük İslam Peyğəmbəri(s.ə.s.)-17 hərbi təlimlərinin ikinci gününün digər bölmələrindən olub və uğurla icra edilib.

Strateji və əməliyyat səviyyəsində xüsusi və nüfuz əməliyyatının məşq edilməsi, bioloji müharibə şəraitində əməliyyatın icra olunması və vahid sistem altında hava hücumundan müdafiə bölmələrinin məşqləri də Böyük İslam Peyğəmbəri(s.ə.s.)-17 hərbi təlimlərinin ikinci gününün digər bölmələrindən olub.

Sepah-ın bu təlim-məşqləri dünəndən etibarən, beş gün müddətinə Bəsice Mostəzəfin təşkilatının xalq əsaslı bölmələrindən bəziləri daxil olmaqla, Sepah-ın hava-kosmos, dəniz və quru qüvvələrindən müəyyən bölmələrin iştirakı ilə Xuzistan, Buşehr və Hormozqan vilayətlərinin ümumi məntəqəsində, həmçinin Hörmüz boğazı və Fars Körfəzi sahillərində keçirilir.

 

Teqlər