Şəhid Süleymaninin terroru ilə bağlı ittiham aktı il sonunadək hazırlanacaq
-
Qəribabadi
İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi deyib ki, şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin terroru ilə bağlı iş İran və İraq tərəfindən təkmilləşdirilməkdədir və ittiham aktı 1400-cü günəş ilinin sonuna qədər Tehran ədliyyə idarəsinə təqdim ediləcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran və İraqda şəhid general-leytenant pasdar Qasım Süleymaninin işinə baxılmasında Tehranın hüquqi və məhkəmə prioritetinə təkid edən Kazım Qəribabadi bildirib ki, İraq rəsmiləri ilə anlaşmalar istiqamətində İran və İraq dövlətləri arasında müştərək komitə yaradılıb və birinci raundda iki ölkə tərəfindən birgə bəyanat imzalanıb.
Qəribabadi əlavə edib: Terror amillərinin adları mövcuddur və İran və İraq bütün şübhəliləri məsuliyyətə cəlb ediblər. Amerikadan başqa, digər ölkələrin də bu terrorda əlləri var. Həmin amillər xarici məhkəmələrdə və beynəlxalq mexanizmlər çərçivəsində mühakimə olunmalıdırlar.