Yan 03, 2022 11:42 Asia/Baku
  • Yanvarın üçü general Qasim Süleymaninin şəhadətinin ildönümüdür

İranlı sərkərdə general Qasim Süleymaniyə qarşı terror aktından iki il ötür.

SəhərAzəri-nin məlumatına əsasən, İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı general Qasim Süleymaninin və iraqlı mücahid Əbu-Mehdi Əl-Mühəndisin ABŞ tərəfindən terrora məruz qalmasından iki il ötür.

2020-ci ilin yanvarın ikisindən üçünə keçən gecə general Qasim Süleymani İraqlı silahdaşı ilə birgə Bağdad hava limanı ətrafında ABŞ Ordusu tərəfindən terrora məruz qaldı. ABŞ prezidenti Donald Tramp terror aktından dərhal sonra bu hücumla bağlı göstərişin şəxsən onun tərəfindən verildiyini və ABŞ Ordusu tərəfindən icra edildiyini bildirdi.

Görünür Donald Tramp, bu hücumdan üç gün öncə Bağdadda ABŞ səfirliyi qarşısında keçirilən etiraz aksiyalarından qəzəbli idi və əfsanəvi generalın bölgədə olan gücünü həzm edə bilmirdi. Bu terror hadisəsi nəticəsində İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanidən əlavə, İraqın, İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan Xalq Səfərbər Qüvvələrinin yəni Həşdüş-Şəbi-nin rəhbər müavini Əbu-Mehdi Əl-Müəhəndis və onlarla birgə daha 7 hərbi rəsmi şəhid oldular. Terror aktını əksər bölgə ölkələri pislədi və qınadı, Azərbaycan Respublikası da bu hadisə ilə bağlı İran tərəfə başsağlığı verdi. Dünya liderləri bu birtərəfli, düşünülməmiş və əsassız terror aktının Yaxın Şərqə gətirəcəyi acı nəticələri barədə xəbərdarlıq etdilər.

Terror aktı siyasi vəziyyətdə şok anı yaratdı. Çünki Qasim Süleymani bir ölkənin rəsmi qurumunun yüksək çinli rəsmisi olmaqla yanaşı, onun İraqa səfəri də rəsmi və açıq şəkildə həyata keçirilirdi. ABŞ Administrasiyasının bu addımı çoxları üçün gözlənilməz idi. İraqın baş naziri Adil-Əbdül-Mehdi Qasim Süleymaninin bu səfərdə onunla görüşə gələcəyini bildirdi. İraq hökuməti ABŞ-a nota verdi və az keçməmiş ölkə parlamenti əcnəbi qüvvələrin İraqdan çıxmasına səs verdi. Qasim Süleymaninin terror edilməsinin ABŞ-a vurduğu ilk siyasi zərbə də məhz bu idi. İraq Parlamenti ABŞ qüvvələrinin ölkədən çıxamsına səs verdi. Qasim Süleymaninin namərdcəsinə gözlənilmədən terror edilməsi İran hökumətilə yanaşı ölkə ictimaiyyətini də sarsıtdı. Şəhid Süleymaninin dəfnində İranda böyük izdiham yaşandı. Onun və Əbu-Mehdi Əl-Mühəndisin pak cənazələri İranda şəhər bə şəhər gəzdirildi. Daha sonra şəhid Süleymani doğulduğu Kerman şəhərində dəfn edildi. Əbu-Mehdi Əl-Mühəndisin nəşi isə Bağdada aparıldı.

General Süleyminin şəhid edilməsinə görə İran intiqam hissi içində yanırdı. Hadisədən 5 gün sonra İran “intiqamın ilk mərhələsi”ni həyata keçirdi və ya Həzrət Ayətullahül-uzma Xameneinin bildirdiyi kimi “birinci şillə” olaraq ABŞ-ın İraqdakı iki bazasını ortamənzilli ballistik raketlərlə hədəfə aldı. “Şəhid Qasim Süleymani” adlı bu əməliyyat zamanı ABŞ-ın Əl-Anbar əyalətində yerləşən Eynul-Əsəd hərbi bazasında böyük dağıntılar baş verdi. Həmin gün ərzində ABŞ, yüzdən çox xəsarət almış əsgərini İraqdan təxliyə edərək müalicə üçün Almaniyaya, Küveytə və sair ölkələrə apardı. Əməliyyatı kafi bilməyən İran intiqamın davam edəcəyini, onların təkcə hərbi deyil digər müstəvilərdə də həyata keçiriləcəyini və yekun intiqamın ABŞ qüvvələrinin tamamilə İraqdan çıxacağı olacağını bildirdi. Bundan savayı İran və İraq məhkəmələri bu işi bütün göstəriş verən və icra edənlərin cəzalarına çatana qədər nəzərdə saxlayacaqlarını bildiriblər.

Teqlər