İran, asayişin tez bir zamanda Qazaxıstana qayıdacağına ümid edir
https://azeri.sahartv.ir/news/İran-i384806-İran_asayişin_tez_bir_zamanda_qazaxıstana_qayıdacağına_ümid_edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü asayişin tez bir zamanda Qazaxıstana qayıdacağına ümidvarlıq ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2022 10:28 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü asayişin tez bir zamanda Qazaxıstana qayıdacağına ümidvarlıq ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün Qazaxıstandakı son olaylara reaksiyada deyib: Dost, qardaş və qonşu ölkənin hökuməti və düşüncəli xalqı xarici müdaxilə olmadan, öz milli maraqları əsasında, danışıqlar yolu ilə öz problem və ixtilaflarını dinc formada həll edə bilərlər.

Xətibzadə bildirib ki, Qazaxıstanın sabitiyi və təhlükəsizliyi İran İslam Respublikası üçün önəmlidir. Qeyd edib ki, xarici amillərin sui-istifadələrinə zəmin yaradılmamalıdır.

Tehranın Qazaxıstandakı cari hadisələri diqqətlə nəzarətdə saxladığını bəyan edən Xətibzadə asayişin tez bir zamanda bu ölkəyə qayıdacağına ümid etdiyini bildirib.