İİR XİN sözçüsü:
“ Qonşu ölkələr arasında əlaqələrin olmamasından yorulmuşuq” +VİDEO
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın həmişə qonşu ölkələr arasında əlaqələrin normallaşmasını müsbət qarşıladığını və belə bir prossesə töhfə verdiyini bildirib.
İran XİN sözçüsü Səid Xətibzadə özünün həftəlik brifinqində Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində gedən müzakirələr barədə SəhərAzəri telekanalının müxbirinin sualını cavablandırarkən deyib:
"İran həmişə öz qonşuları arasında əlaqələrin normallaşdırılması səylərini müsbət qiymətləndirir və qonşular arasında xoşagəlməz hadisələr baş verdikdə vəziyyətin yaxşılaşmasına töhfə verir."
Xətibzadə qonşu ölkələr arasında əlaqələrin adiləşdirilməsi istiqamətində İrana vasitəçilik üzrə təklif olarsa bunu məmnunluqla qarşılayacağını vurğulayıb.
“ Biz qonşu ölkələr arasında əlaqələrin olmamasından yorulmuşuq” deyən Səid Xətibzadə İranın tam xoşməramlı mövqedən çıxış edərək region ölkələri arasında əlaqələrin normallaşması istiqamətində hərhansı səydən əsirgəməyəcəyini vurğulayıb: “Biz Türkiyə ilə Ermənistan arasında əlaqələrin adiləşməsi üçün öz səylərimizi həyata keçirəcəyik”, deyə İİR XİN sözçüsü bildirib.