İran və Rusiya prezidentləri sabah Moskvada görüşəcəklər
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcəklər.
SəhərAzəri-nin Sputnik Azərbaycan-a istinadla verdiyi məlumata görə Kreml bildirilib ki, liderlər ikitərəfli münasibətləri, birgə iqtisadi layihələri, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcək.
Putin və Rəisinin İranın nüvə sazişinə dair razılaşmanı da müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, İran İslam Respublikası xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən gecə telefonla danışıblar.
Söhbət zamanı rusiyalı nazir İran prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri üçün bütün lazımı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Nazirlər dekabrın sonunda Vyanada davam etdirilən nüvə sazişinin tam icrasının bərpası üzrə danışıqların səkkizinci raundu kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ətrafında vəziyyəti də müzakirə ediblər.