Yan 19, 2022 11:32 Asia/Baku
  •  İran və Rusiya arasında əlaqələr çox önəmlidir

İran İslam Respublikası prezidenti Tehranı Moskva məqsədi ilə tərk etməzdən öncə müxbirlər qarşısında etdiyi çıxışında İran-Rusiya əlaqələrinin böyük önəmini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,İbrahim Rəisi bildirib ki, bu səfərdə ikitərəfli əlaqələr, siyasi, iqtisadi, enerji və ticarət məsələlər haqqında danışılacaq.

İki ölkə arasında kosmik əlaqələr də müzakirə olunacaq.

İ. Rəisi İran və Rusiya arasında əlaqələrin qənaətbəxş olduğunu deyib. "Bu əməkdaşlıqlar ən yüksək səviyyədə arta bilər. Ümid edirəm ki, səfər iki ölkənin mənafeyinin təminnə öz töhfəsini verəcək. Bu əlaqələr iki ölkənin regionda və beynəlxalq səviyyədə təsiredici addım atmasına səbəb olacaq”,- deyə İran İslam Respublikası prezidenti bildirib.

Teqlər