Yan 20, 2022 13:24 Asia/Baku
  • «Dəniz təhlükəsizlik qurşağı-2022» birgə hərbi təlimlər keçiriləcək

Hind okeanının şimalında İran, Çin və Rusiyanın iştirakı ilə «Dəniz təhlükəsizlik qurşağı-2022» adlı mürəkkəb hərbi təlimlər başlanacaq.

SəhərAzəri-nin məlumatına əsasən,«Dəniz təhlükəsizlik qurşağı-2022» adlı mürəkkəb hərbi təlimlərin sözçüsü ikinci dərəcəli kontr-admiral Mustafa Tacəddini öz rus həmkarı ilə mətbuat konfransında bildirib ki, bu, İran, Çin və Rusiyanın iştirakı ilə keçirilən üçüncü mürəkkəb hərbi təlimlərdir və gələcəkdə də davam edəcək.

Tacəddini əlavə edib: Bu təlimlərdə İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının dəniz və aviasiya bölmələri və Sepah-ın dəniz qüvvələrindən əlavə, Çin və Rusiyanın gəniz bölmələri də iştirak edəcəklər.

«Dəniz təhlükəsizlik qurşağı-2022» adlı mürəkkəb hərbi təlimlərin sözçüsü həmçinin deyib: «Birlikdə sülh və təhlükəsizlik üçün» şüarı və sülh və dostluq mesajı ilə təşkil olunan bu təlimlər on yeddi min kvadrat kilometrlik bir ərazidə keçiriləcək.

Tacəddini əlavə edib: Bu təlimlərin keçlirilməsində məqsəd, regionda təhlükəsizliyin və onun əsaslarının möhkəmləndirilməsi, üç ölkə arasında çoxtərəfli həmkarlıqların genişləndirilməsi, həmçinin dəniz təhlükəsizliyinə və beynəlxalq sülhə birgə dəstək istiqamətində İran, Çin və Rusiyanın bacarıqları və xoşməramlılıqlarının göstərilməsi və müştərək bir gələcək fonunda bir dəniz camiəsinin yaradılmasıdır.

İkinci dərəcəli kontr-admiral Tacəddininin sözlərinə görə, bu təlimlərdə hava hədəflərinə gecə atəşi, konkret hədəflərə qarşı atəş, oğurlanmış gəmi və qayıqların azad edilmələri, yanğına düçar olmuş gəmi və qayıqların xilas edilmələri daxil olmaqla müxtəlif taktiki və əməliyyat təlim-məşqləri nəzərdə tutulub.

«Dəniz təhlükəsizlik qurşağı-2022» adlı mürəkkəb hərbi təlimlərin sözçüsü sonra belə söyləyib: Bu təlimlərin məqsədlərindən taktiki və əməliyyat təcrübələrinin mübadilə edilməsi, dənizdə yardım və xilasetmə sahəsində informasiya mübadiləsi, dəniz terrorizmi və dəniz quldurluğu ilə mübarizə və beynəlxalq dəniz ticarəti təhlükəsizliyinin gücləndirilməsinə işarə etmək olar.

Teqlər